Nigeriya millisinin yeni baş məşqçisi bəlli olub

Nigeriya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Komandanın “sükanı arxasına” Erik Şell keçib. Federasiya 47 yaşlı mütəxəssisin qarşısına DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyub.

Qeyd edək ki, 2022-24-cü illərdə Mali yığmasını çalışdırmış mütəxəssisin son iş yeri Əlcəzairin “Oran” klubu olub. Erik Şell futbolçu karyerası ərzində Fransada “Valensyen”, “Lans” kimi klublarda çıxış edib. O, yeni vəzifəsində almaniyalı Bruno Labbadianı əvəzləyib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More