Artıq 11 aydan çoxdur ki, yaşıl meydanlardan uzaq qalan “Neftçi”nin yetirməsi olan Mirabdulla Abbasov sabiq klubu “Səbail”ə keçidinin uğurlu olacağına inanır.
Mirabdulla Abbasov Oxu.Az-a açıqlamasında çempionatın son qarşılaşmasınadək hər matçda qələbə üçün çıxıb istədikləri nəticəni qazanmağa çalışacaqlarını deyib:
“Bir müddətdir futboldan uzağam. Təbii ki, bu səbəbdən ideal formada deyiləm. Lakin məşqlərdə yüksək performans sərgiləyərək, üzərimdə mütəmadi səylə çalışaraq bu çatışmazlığı aradan qaldıracağıma inanıram. Komandam üçün faydalı olmaq istəyirəm. Bunun üçün mübarizə aparacağam. Düşünürəm ki, “Səbail”ə qayıtmağım uğurlu olacaq. Buna inanıram.
Hazırda qış fasiləsinə sonuncu pillədə yollansaq da, qarşıda 18 oyun var. Çempionatın son qarışlaşmasınadək hər matçda qələbə üçün çıxıb istədiyimiz nəticəni qazanmağa çalışacağıq. Xal ehtiyatımızı artıraraq son pillədən uzaqlaşmaq istəyirik”.