“Sumqayıt” klubu baş məşqçi ilə bağlı qərarını verdi

“Sumqayıt” baş məşqçisi Vaqif Cavadovla müqavilə müddətini artırıb.

Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Klubun Müşahidə Şurasının növbəti iclasında 35 yaşlı mütəxəssislə yola davam etmək qərarı verilib. İclasda komandanın ötən il əldə etdiyi uğurlara toxunulub. Daha sonra hazırda komandanın müvəqqəti baş məşqçisi funksiyasını icra edən Vaqif Cavadovun işi qənaətbəxş hesab olunub və onunla daimi əsaslı müqavilə bağlanılması məqsədəuyğun hesab edilib.

V.Cavadov “gənclik şəhəri” təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More