Ötən mövsümün sonunda Azərbaycanın “Qarabağ” futbol klubundan ayrılaraq Türkiyənin “Bandırmaspor” klubuna keçən fransalı cinah oyunçusu Adama Diakabi yeni komandasında çox qalmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər müqavilənin imzalanmasından cəmi 6 ay sonra qarşılıqlı razılıq əsasında razılaşmanı ləğv etmək qərarına gəliblər.
Qeyd edək ki, “Bandırmaspor” klubu Adama Diakabi ilə ikiillik müqavilə imzalamışdı.