Mirzoyan: “Ermənilərin Qarabağa qaytarılması məsələsi müzakirə olunmur”

“Ermənistan hökuməti ermənilərin Qarabağa qayıtması məsələsini Azərbaycanla aparılan danışıqların gündəliyinə daxil etmir”.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.

“2020-ci il müharibəsindən sonra da bizim hakimiyyət Qarabağda yaşayan ermənilərin orada qalması və onlara müəyyən hüquqlar verilməsi üçün səylər göstərdi. Bu səylər Qarabağın “indiki” və ola bilsin ki, “keçmiş rəhbərliyi” tərəfindən lazımi səviyyədə qarşılanmadı. İndi olduğumuz vəziyyət isə həmin dövrdə baş verənlərin nəticəsidir. İndi siz xarici işlər naziri kimi məndən soruşursunuz ki, geri qayıtmaq üçün danışıqlar aparırsınız? Bu barədə Qarabağda ermənilər yaşayanda müzakirə edilməli idi. Hansı şərtlərlə qayıtmaq? Azərbaycan vətəndaşı kimi? Belə bir fürsət var idi. Təəssüf ki, yaxşı bir şey deyə bilmərəm”, – deyə A.Mirzoyan vurğulayıb.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More