Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Qərbi Azərbaycan İcması Ermənistan rəhbərliyi ilə dialoqa hansı şərtlərlə gedəcək? Soydaşlarımızın doğma yurdlarına qayıdışı üçün tarixi fürsət yaranıb.
Ermənistan Avropa İttifaqına üzv olmaq istəyir. Qanun layihəsini parlamentə göndərən Paşinyana Rusiyadan sərt reaksiya gəldi.
Mərhəməti sayəsində dəhşətli qəzadan xilas oldu. Təyyarədən sağ çıxan Məhəmməd Papaxov hadisənin necə baş verməsindən danışdı.
Keşlə bazarının köçürüləcəyi yer məlum oldu. Artıq ərazidə tikinti işlərinə başlanılıb.
Daha bir tikinti şirkəti ilə vətəndaşlar arasında qarşıdurma. Sakinləri küçədə toplaşmağa nə vadar edib?
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: