Bəzi ərazilərdə suyun verilişi DAYANDIRILDI

Naxçıvan şəhərinin əksər ərazilərinə suyun verilişi dayandırılıb.

Oxu.Az xəbər verir ki, “Nuhçıxan”ın məlumatına görə, Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsindən keçən diametri 355 millimetr olan əsas magistral xətdə qəza baş verib.

Qəzaya səbəb kimi boru xəttinin uzun müddət istismar edilməsi ehtimal olunur.

Borunun partlaması nəticəsində şəhərin əksər ərazisinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.

Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More