BMT: “Azərbaycanda inflyasiya azalacaq”

BMT Azərbaycanda orta illik inflyasiyanı 2025-ci il üçün 3.6% səviyyəsində proqnozlaşdırır.

Oxu.Az xəbər verir ki, bu proqnoz təşkilatın “2025-ci il üçün Dünya İqtisadi Vəziyyəti və Perspektivləri” (World Economic Situation and Prospects 2025) hesabatında öz əksini tapıb.

BMT-nin hesablamalarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2023-cü ildəki 8.8 %-dən 3,7 %-ə qədər azalıb.

Təşkilat ölkədə inflyasiyanın 2026-cı ildə 3.1%-ə qədər azalacağını gözləyir.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2024-cü il üçün orta illik inflyasiyanı 2.7%, 2025-ci il üçün 4.6%, 2026-cı il üçün isə 4% səviyyəsində proqnozlaşdırır.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More