“Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumi uzunluğu 3.4 min kilometrə yaxın olan avtomobil yolları inşa edilir”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar” mövzusunda keçirilən mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.
O qeyd edib ki, 2004-cü ildən bəri ölkə ərazisində 21 min km uzunluğunda avtomobil yolları, 335 körpü və 45 tunel inşa edilib.
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif