Kişineu hava limanında həyəcan siqnalı və yanğın siqnalizasiyası işə düşüb, aeroportun işçiləri və sərnişinlər təxliyə ediliblər.
Oxu.Az bu barədə Noi.md portalına istinadən xəbər verib.
“Hazırda hadisənin bütün təfərrüatının müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür”, – deyə Moldova Sərhəd Polisinin açıqlamasında qeyd olunub.
Eyni zamanda, internetdə Kişineu Beynəlxalq Hava Limanından sərnişinlərin təxliyə olunduqlarını əks etdirən video yayılıb.