Yeni vəzifəyə təyin edilən Samir Şərifovdan İLK AÇIQLAMA

Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilərək baş nazirin müavini təyin edilib.

Oxu.Az xəbər verir ki, yeni təyinatı ilə bağlı Manset.az-a açıqlama verən Samir Şərifov Prezident İlham Əliyevə minnətdarlığını bildirib:

“Prezident mənə böyük etimad göstərib. Çalışacağam ki, bu etimadı doğruldum. Hələlik müavin olaraq hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm. O məsələlərə baş nazir baxacaq, Prezidentlə razılaşdırılacaq. İnşallah, növbəti həftə bəlli olacaq”.

Qeyd edək ki, Samir Şərifov 19 il maliyyə naziri vəzifəsində çalışıb. O, nazir postuna 2006-cı ildə təyin edilmişdi.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More