Polşa Aİ-yə sədrliyi dövründə Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına kömək edəcək?

Polşanın 2025-ci ildə Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi həm də Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşməsinə töhfə verməyə yönələcək.

Oxu.Az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Polşa Xarici İşlər Nazirliyindən bildiriblər.

“Polşanın sədrliyi dövründə Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləməyə davam edəcək. Biz davamlı sülhə nail olmağa yönəlmiş bütün fəaliyyətləri dəstəkləyirik. Aİ-nin sülh prosesindəki rolu çox vacibdir və davam etməlidir. Biz bunun Cənubi Qafqaz regionunun Aİ və ölkəmizlə əməkdaşlığı üçün yaratdığı imkanları vurğulamaq istərdik”, – deyə xarici siyasət idarəsində qeyd ediblər.

Nazirlikdə əlavə ediblər ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması regionun inkişafına və ən mühüm humanitar məsələlərin, itkin düşmüş şəxslərlə bağlı problemin, minatəmizləmə, tarixi və mədəni dəyərlərin qorunması məsələlərinin həllinə imkan verəcək.

Həmçinin vurğulanıb ki, Polşa həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir. Nazirlik, həmçinin tərəflər arasında həllini tapmamış bütün məsələlərin diplomatik yolla həll edilə biləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Polşa Aİ Şurasına sədrlik edir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More