“İxrac icmalı”nın yanvar ayı üçün ilkin rəqəmlərini təqdim edilib.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) məlumat yayıb.
İcmala əsasən, 2024-cü il ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0.3% artaraq 3.4 milyard ABŞ dolları təşkil edib. 2024-cü il ərzində yeyinti məhsullarının ixracı 11.3% artaraq 1.03 milyard ABŞ dollarına bərabər olub.
2024-cü ilin 12 ayı ərzində ixrac olunan məhsullardan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 62.4% artaraq 38.5 milyon ABŞ dolları, pambıq lifi 45.2% artaraq 178.2 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 32.8% artaraq 28.9 milyon ABŞ dolları, qiymətli metallar 29.2% artaraq 215.3 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 18.3% artaraq 293.7 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilər 14.3% artaraq 68.8 milyon ABŞ dolları, çay 1.6% artaraq 6 milyon ABŞ dolları, qara metallar 1.9% artaraq 48.2 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatlar 1% artaraq 197.2 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-dekabr ayları ərzində aqrar məhsulların ixracı 2.8% artaraq 789.4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 57.3% artaraq 316.1 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14.1% artaraq 1.11 milyard ABŞ dolları təşkil edib.