Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır

“Ermənistan Minsk qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir”.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan öz sosial şəbəkə hesabında yazıb.

N.Baqdasaryan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, iki gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülhə nail olmaq üçün təklifləri məlum olub. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Təkliflərdən biri də məhz ATƏT-in Minsk qrupunun ləğvi olub.

Minsk qrupunun ləğvi Ermənistanla sülh üçün Azərbaycanın əsas tələblərindən biridir.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More