“İnter Mayami” argentinalı hücumçu Lionel Messi ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.
Oxu.Az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Belə ki, 37 yaşlı argentinalının ABŞ klubu ilə hazırkı müqaviləsi bu ilin sonunda başa çatır.
Mənbənin məlumatına görə, “İnter Mayami” L.Messiyə müqavilənin 2026-cı ilin sonuna qədər uzadılmasını təklif edir.
Bundan əlavə, müqaviləyə forvardın mövsüm ərzində Avropa klubuna icarəyə verilməsi variantı da daxil edilə bilər.