Daş adam xəstəliyi nədir?

Daş adam xəstəliyi bədəndə ikinci bir skeletin əmələ gəlməsinə səbəb olan çox nadir genetik xəstəlikdir.

Bunun nəticəsində bədən hərəkətsiz qalır və həyat keyfiyyəti ciddi şəkildə aşağı düşür. Xəstəlik hər bir milyon insandan təqribən birində müşahidə olunur və cins, irq və ya etnik mənsubiyyət fərqi olmadan hər kəsə təsir göstərə bilər.

Xəstəliyin əsas simptomu əzələ və birləşdirici toxumaların sümük toxuması ilə əvəzlənməsidir. Bu, insanın hərəkət etməsinə mane olan ikinci bir skeletin yaranmasına gətirib çıxarır.

Xəstəliyin ən erkən əlamətlərindən biri anadangəlmə qısa və içəriyə doğru əyilmiş böyük ayaq barmaqlarıdır. Simptomlar adətən uşaqlıq dövründə ortaya çıxır və boyun, arxa, sinə, qol və ayaqlarda hiss olunur.

Daha ətraflı Baku TV-nin süjetində:

Daş adam xəstəliyi nədir?







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More