İngiltərə Kuboku: “Mançester Siti” 8 qol vurdu

İngiltərə Kubokunun 1/32 final mərhələsində “Mançester Siti” aşağı liqa klubu “Solford Siti”ni qəbul edib.

Oxu.Az xəbər verir ki, “Etihad” stadionuna toplaşmış azarkeşlər təkqapıya oyunun şahidi olublar. Belə ki, “şəhərlilər” qonaqları 8 cavabsız qolla darmadağın ediblər – 8:0.

Qvardiolanın yetirmələrindən Makeyti het-trikə, Doku dubla imza atıb.

Beləliklə də, “Liverpul” və “Çelsi”dən sonra “Siti” də adını 1/16 final mərhələsinin iştirakçıları sırasına yazdırıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More