30 yaşlı vətəndaş şəxsiyyət vəsiqəsi ala bilmir

Bakı sakini, 30 yaşlı Adnan Məcili şəxsiyyət vəsiqəsi ala bilmir.

Oxu.Az “Xəzər TV”yə istinadla xəbər verir ki, A.Məcilinin sözlərinə görə, 2020-ci ilə qədər Xəzər Rayon Polis İdarəsində qeydiyyatda olub, daha sonra çıxarılıb. Hazırda onun sənədinin vaxtı bitib, lakin heç bir yerdə qeydiyyatı olmadığı üçün şəxsiyyət vəsiqəsini almaqda çətinlik yaşayır.

O deyir ki, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən bir sıra problemləri olur. A.Məcili iddia edir ki, bununla bağlı aidiyyəti qurumlara müraciət edib, lakin kömək göstərilməyib.

Hüquqşünas Emil Aslanov isə bildirir ki, vətəndaşa qeydiyyatda olduğu polis idarəsindən imtina verilibsə, inzibati məhkəməyə müraciət etməlidir.

Daxili İşlər Nazirliyindən isə “Xəzər Xəbər”ə bildirilib ki, məsələ araşdırılacaq.

Ətraflı süjetdə:

30 yaşlı vətəndaş şəxsiyyət vəsiqəsi ala bilmir







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More