Bundesliqa: Keynin qolu “Bavariya”ya qələbə qazandırdı

Almaniya Bundesliqasının 16-cı turunda lider “Bavariya” Mönhenqladbax “Borussiya”sı ilə səfər matçına çıxıb.

Oxu.Az xəbər verir ki, “Borussiya Park”da baş tutan görüşdə cəmi bir qol vurulub.

Qonaqların hücumçusu Harri Keyn 68-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasına üç xal gətirib.

Beləliklə də, bu qələbə ilə “Bavariya” liderliyini möhkəmləndirərək ikinci sıradakı cari çempion “Bayer”lə xal fərqini 4-ə çatdırıb (39/35). Mönhenqladbax klubu isə 24 xalla turnir cədvəlində 10-cu yerdədir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More