ABŞ-nin “Meta” korporasiyası “Bərabərlik, müxtəliflik və inklüzivlik” (BMİ) proqramının icrasını dayandırır.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Artıq “Meta”nın insan resursları üzrə vitse-prezidenti Canel Qeyl BMİ-nin bütün dünyada çalışan işçilərə layihənin icrasının dayandırılmasına dair bildiriş göndərib.
“ABŞ-də bərabərliyə, müxtəlifliyə və inklüzivliyə dair hüquqi və siyasi münasibət dəyişir”, – deyə C.Qeyl qeyd edib.
O əlavə edib ki, bərabərlik, müxtəliflik və inklüzivlik termininə münasibət birmənalı deyil, ona bəzi qruplara digərləri üzərində üstünlüyü kimi baxılır.