İqlim dəyişikliyi: 6 milyarda yaxın insanın həyatı təhlükədədir

İqlim dəyişikliyi qarşıdakı 20 il ərzində 5.6 milyard insanın həyatını təhdid edəcək.

Oxu.Az-ın xəbərinə görə, bu proqnozu Oslodakı CICERO Beynəlxalq İqlim Araşdırmaları Mərkəzinin alimləri açıqlayıblar.

Son illərdə qlobal istiləşmə getdikcə dah çox daşqına və quraqlığa səbəb olur. Bu səbəbdən infeksiyalar planetimizdə daha sürətlə yayılır və əhali su, qida qıtlığı yaşayır.

“Müvafiq cavab tədbirləri olmasa, mənfi nəticələr daha da pisləşəcək”, – tədqiqat müəllifləri xəbərdar edirlər.

Alimlərin sözlərinə görə, CO2 emissiyalarının artması ilə iqlim dəyişikliyi Yer kürəsi sakinlərinin üçdə birinə təsir edəcək. Söhbət Aralıq dənizi, Şimal-Qərb və Cənubi Amerika, Şərqi Asiya və Rusiyanın Arktika zonasının sakinlərindən gedir.

Ən nikbin proqnoza görə, bu vəziyyət əhalinin 20%-nə təsir edəcək. Qaçılmaz iqlim dəyişikliyi bitkilərə və heyvanlara təsir edəcək. Bir çox növlərin nəsli kəsiləcək və bu da insanlar üçün acınacaqlı olacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More