Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın şimalındakı Pençe-Kilit və Metine bölgələrində PKK terror qruplaşmasının üç üzvü öldürülüb.
Suriyanın şimalındakı “Fərat Qalxanı” və “Barış Pınarı” bölgələrində isə PKK-nın daha altı üzvü məhv edilib.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.
Teröristler kendilerini bekleyen sondan kaçamayacak!
Kahraman Türk Silahlı Kuvvetlerimiz, Irak’ın kuzeyindeki Pençe-Kilit ve Metina bölgelerinde tespit ettiği 3 PKK’lı terörist ile Suriye’nin kuzeyindeki Fırat Kalkanı ve Barış Pınarı bölgelerinde belirlediği 6 PKK/YPG’li… pic.twitter.com/1tsNWVtw6e
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) January 12, 2025