İngiltərə Kuboku: “Mançester Yunayted” penalti seriyasında qalib gəldi

Futbol üzrə İngiltərə Kubokunun 1/32 final mərhələsinin mərkəzi oyunu baş tutub.

Oxu.Az xəbər verir ki, Londonda keçirilən oyunda Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” Ruben Amorimin “Mançester Yunayted”ini qəbul edib.

Oyunun əsas vaxt 1:1 hesabı ilə başa çatıb. “Mançester Yunayted”dən 52-ci dəqiqədə Fernandeş, “Arsenal”dan isə 63-cü dəqiqədə Maqalyans fərqlənib. Uzatma dəqiqələrində də hesab dəyişmədiyinə görə oyunda penaltilər seriyası baş tutub.

Penaltilər seriyasında 5:3 hesabı ilə qalib “Mançester Yunayted” növbəti mərhələyə yüksəlib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More