İranda paytaxtın başqa şəhərlə əvəz edilməsi böyük məbləğə başa gələcək.
Oxu.Az bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu haqda İran parlamentinin daxili məsələlər komissiyasının üzvü Əbülfəzl Əbuturabi açıqlama verib.
“Tehrana yaxın, 80 kilometr uzaqlıqdakı ərazini seçsək, təxminən yeddi milyard dollara başa gələcək. Paytaxtın 130-200 kilometr məsafədəki əraziyə köçürüləcəyini hesablasaq, bu, təxminən 22 milyard dollara başa gələcək. Türkiyə və Pakistan kimi, 500 kilometrdən çox uzaqda paytaxt seçsək, bu, infrastrukturdan asılı olaraq 30-37 milyard dollara başa gələcək” – deyə Əbülfəzl Əbuturabi qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl İranın paytaxtının Tehrandan köçürüləcəyi barədə açıqlama verilmişdi.