“Rəsmilər” verilişinin yeni buraxılışı yayımlanıb.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, verilişin budəfəki qonağı Cənubi Afrika Respublikasının (CAR) meşə, balıqçılıq və ətraf mühit naziri Dion Trevers Corc olub.
COP-29-un ölkəsi üçün əhəmiyyətindən söz açan nazir iqlim dəyişikliyi ilə mübarizədə yeni maliyyələşdirmə modelinin lazım olduğunu qeyd edib.
Diplomat CAR-da bərpa olunan enerji sektorunu inkişaf etdirmək üçün beynəlxalq əməkdaşlıq imkanları barədə danışıb, bu istiqamətdə qrantlar və güzəştli kreditlər aldıqlarını bildirib.
Ətraflı süjetdə: