Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından metronun “Qara Qarayev” stansiyası istiqamətində;
4. Aeroport şosesi, metronun “Koroğlu” stansiyası istiqamətində;
5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
6. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
8. Babək prospekti, mərkəz istiqamətində;
9. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
11. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
12. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
14. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
16. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
17. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyası istiqamətində;
18. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.