İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun hökumət texnologiyalarının qlobal ictimai təsiri ilə bağlı hesabatında dair paylaşım edib.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün “X” hesabında məlumat verib:
“Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələri, iqtisadiyyatın rəqəmsallaşması üzrə əldə edilmiş uğurlar həmin hesabatda xüsusi vurğulanıb:
– iqtisadi səmərəlilik və sosial fayda;
– strateji biznes imkanları;
– dövlət xidmətlərinin həyata keçirilməsində özəl sektorun iştirakı.
Dövlət-özəl tərəfdaşlığının inkişafı ölkəmizdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində effektiv nəticələr verir. Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi özəl sektorun təşəbbüslərini və investisiya qoyuluşlarını artırır. https://reports.weforum.org/docs/WEF_The_Global_Public_Impact_of_GovTech_2025.pdf… “.
Dünya İqtisadi Forumunun (@wef) hökumət texnologiyalarının qlobal ictimai təsiri ilə bağlı hesabatında #Azərbaycan-da dövlət-özəl tərəfdaşlığı layihələri, #iqtisadiyyat-ın rəqəmsallaşması üzrə əldə edilmiş uğurlar xüsusi vurğulanıb:
– #İqtisadi səmərəlilik və sosial fayda;
–… pic.twitter.com/hTYBp1BuU7— Mikayil Jabbarov (@MikayilJabbarov) January 13, 2025