Superliqa təmsilçilərindən “Qalatasaray” klubu “Mançester Siti”də çıxış edən İlkay Gündoğanı heyətinə cəlb etmək istəyir.
Oxu.Az “The sun”a istinadla xəbər verir ki, İstanbul klubu almaniyalı futbolçuya 5 milyon avroluq müqavilə təklif edib.
İddialara görə, “cimbom” türkəsilli futbolçu ilə 2 illik müqavilə imzalamaq istəyir.
Qeyd edək ki, o, “Mançester Siti”nin heyətində ümumilikdə 304 oyun keçirib, Premyer Liqa (5 dəfə) və Çempionlar Liqasının (bir) çempionluqlarını qazanıb.