Əziz Ələkbərli: “Qərbi Azərbaycan İcması danışıqlar üçün İrəvana getməyə istənilən vaxt hazırdır”

“Qərbi Azərbaycan İcması (QAİ) rəhbərliyi danışıqlar üçün İrəvana getməyə istənilən vaxt hazırdır”.

Bunu Baku TV-nin “Baku Aktual” verilişində icmanın sədri, millət vəkili Əziz Ələkbərli deyib.

O diqqətə çatdırıb ki, QAİ-nin baş nazir Nikol Paşinyanla danışıqlar aparmaq üçün Ermənistan rəhbərliyinə müraciətinə cavab verilməyib:

“Proseslər göstərir ki, Ermənistan rəhbərliyi həqiqətləri etiraf etmək iqtidarında deyil. Onsuz da biz o torpaqlara qayıdacağıq. Çox yaxşı olar ki, Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin tövsiyəsini dinləsin və QAİ ilə vaxtında danışıqlara getsin”.

Daha ətraflı videomaterialda:

Əziz Ələkbərli: “Qərbi Azərbaycan İcması danışıqlar üçün İrəvana getməyə istənilən vaxt hazırdır”





Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More