“Hatayspor” klubu Renat Dadaşova görə iki mövsüm futbolçu transfer edə bilməyəcək

Türkiyənin təmsilçisi “Hatayspor”a Azərbaycan millisinin hücumçusu Renat Dadaşova görə transfer qadağası qoyulub.

Oxu.Az “Ajansspor”a istinadən xəbər verir ki, Superliqa klubu Renata borclu olduğu üçün iki mövsüm yeni oyunçu ala bilməyəcək.

Mənbə “Hatayspor”un İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyi halda, vəziyyəti dəyişə biləcəyini vurğulayıb.

Qeyd edək ki, hazırda “Ankaragücü”də çıxış edən Dadaşov 2023/2024 mövsümündə Hatay komandasında top qovub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More