Keçmiş vəkil Elman Paşayev ikinci dələduzluq epizodu üzrə ittiham olunub.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirinin uzadılması məsələsinin həll olunduğu Moskva Qarnizonu Hərbi Məhkəməsinin hakiminin elan etdiyi cinayət işinə dair materiallarda bildirilir.
“Sizə qarşı iş açılıb, siz şübhəli şəxs qismindəsiniz”, – deyə hakim qeyd edib.
İş üzrə zərərçəkmiş şəxs qismində isə Zaxarova soyadlı şəxsdir, lakin o, məhkəmə iclasına gələ bilməyib.
Paşayevin müdafiəsi vurğulayıb ki, o, heç bir epizod üzrə təqsirini boynuna almır. Hərbi məhkəmə iclası bağlı qapılar arxasında keçirəcək.
Xatırladaq ki, daha əvvəl Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə ittiham irəli sürülüb. Moskva Qarnizonu Hərbi Məhkəməsi onu əvvəlcə noyabrın 15-dək istintaq təcridxanasına göndərib. Sonradan həbs müddəti yanvarın 15-dək, bugün isə daha iki ay – martın 15-dək uzadılıb. Paşayev 46 milyon rubldan çox (825 min manatdan çox) məbləğdə dələduzluqda ittiham olunub. Bu pul müqabilində o, iş adamı Aleksey Blinovskiyə söz verib ki, vergidən yayınma halı ilə bağlı onu və həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edəcək.