Türkiyənin “Fənərbağça” klubu “Ayntraxt Frankfurt”da çıxış edən 25 yaşlı braziliyalı müdafiəçi Tuta ilə razılıq əldə edib.
Oxu.Az xəbər verir ki, “bülbüllər” futbolçu üçün Almaniya klubuna 2 milyon avro ödəməli olacaqlar.
Qeyd edək ki, Tuta bu mövsüm “Frankfurt” forması ilə 22 oyunda meydana çıxıb, bir qolla yadda qalıb.