Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib

Nigerin paytaxtı Niameydə yüzlərlə insan küçələrə çıxaraq ölkədə hakim olan Vətəni Müdafiə Milli Şurasına dəstək vermək, eləcə də imperializmi və neokolonializmi pisləmək üçün aksiya keçirib.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, aksiya təhsil işçilərinin həmkarlar ittifaqının təşəbbüsü ilə təşkil edilib.

Nümayişçilər neokolonializmə qarşı mübarizə apardığına, ölkəni Fransa və ABŞ-nin təsir dairəsindən çıxardığına görə yeni hakimiyyətə təşəkkür ediblər.

Nümayişdə müxtəlif partiyaların və həmkarlar ittifaqı birliklərinin nümayəndələri iştirak ediblər. Aksiya iştirakçıları xarici çağırışlara qarşı mübarizədə və millətin birləşməsində gənclərin mühüm rolunu vurğulayıb, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Nigerə qarşı mövqeyini tənqid ediblər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More