“TikTok”da şantaj olunan qadının nişanı POZULDU, işdən çıxarıldı – İDDİA

Qadının “TikTok” sosial şəbəkəsində olan səhifəsindəki şəkillərini götürüb adına saxta səhifə açıblar.

Oxu.Az xəbər verir ki, “Xəzər Xəbər”ə müraciət edən “TikTok” istifadəçisi 4 aydır şantaj olunduğunu iddia edir.

33 yaşlı qadın deyir ki, sözügedən məsələyə görə nişanı pozulub və işdən çıxarılıb. O, illərdir sosial şəbəkə istifadəçisi olsa da, ilk dəfədir belə halla qarşılaşır.

Adının çəkilməsini istəməyən şikayətçi adına saxta səhifə açan şəxsə – Şahbaz Babayevə elə “TikTok” sosial şəbəkəsi üzərindən müraciət edir və dərhal bu hərəkətlərinə son qoymasını tələb edir.

İddiasına görə, bundan sonra yenidən şəkillərinin paylaşıldığını görür.

Məsələ ilə bağlı ittiham olunan Şahbaz Babayev məqsədinin şantaj olmadığını bildirib.

Hüquqşünas Emil Aslanov isə deyir ki, bir şəxsin razılığı olmadan onun haqqında məlumatların yayılması hüquqi məsuliyyət yaradır.

E.Aslanov qeyd edib ki, şəxsi məlumatların yayılma müstəvisindən asılı olmayaraq, bu kimi problemlərə dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ciddi nəzarət edilir.

Bununla bağlı mülki və cinayət məcəlləsində maddələr var.

Ətraflı süjetdə:

“TikTok”da şantaj olunan qadının nişanı POZULDU, işdən çıxarıldı – İDDİA







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More