Amerikalıların yarıdan çoxu Baydeni yarıtmaz prezident hesab edir

Amerikalıların 54%-i hesab edir ki, Co Baydenin ABŞ prezidenti kimi fəaliyyəti Ağ Evdəki sələfləri ilə müqayisədə mənfi mənada yadda qalacaq.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu “Gallup” sosioloji xidmətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

17% amerikalılar Bayden administrasiyasını “ortadan aşağı” qiymətləndirir. Digər 37% onu “son 10 ABŞ lideri arasında ən pisi” adlandırır.

Respondentlərin yalnız 6%-i Baydenin Ağ Evin rəhbəri kimi fəaliyyətini “müsbət”, digər 13%-i isə “ortadan yuxarı” qiymətləndirib. Respondentlərin daha 26%-i Baydenin performansını “orta” adlandırıb.

“Gallup” qeyd edir ki, Baydenin nəticələrini ondan əvvəlki doqquz Ağ Ev lideri ilə müqayisə edərkən, onun liderlik göstəriciləri ən çox Riçard Niksona bənzəyir. Sonuncu vaxtından əvvəl istefa verən yeganə ABŞ prezidentidir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More