Rəsmi London: “Təyyarə qəzasının təhqiqatında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasdayıq”

Böyük Britaniyanın xarici işlər nazirinin müavini Stiven Doutinin nümayəndələri “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin uğradığı qəzanın araşdırılmasında Azərbaycan və Qazaxıstan rəsmiləri ilə təmasdadırlar.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər, Birlik və İnkişaf Nazirliyində Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Douti parlamentin Mühafizəkar Partiyasının üzvü Vendi Mortonun AZAL-a məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması ilə bağlı Britaniya hökumətinə ünvanladığı sualına cavabında bildirib.

“Düşüncələrimiz bu hadisədən təsirlənən hər kəs, o cümlədən həlak olanların ailə üzvləri və dostları ilədir”, – deyə o qeyd edib.

Diplomatın sözlərinə görə, London Braziliya, Azərbaycan və Qazaxıstanı faciənin hərtərəfli və müstəqil təhqiqatını təmin etmək işində dəstəkləyir.

“Mənim rəsmilərim Azərbaycan və Qazaxıstan rəsmiləri ilə sıx təmasda qalırlar”, – o vurğulayıb.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər ölüb, 29 nəfər isə yaralanıb.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More