Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən iki şəxs saxlanılıb

Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birində iki mağazanın qarşısından oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 2 500 manata yaxın maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 49 yaşlı V.Novruzov və 43 yaşlı A.Mustafayev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More