“Leypziq”ə transfer olunmaq üçün Almaniyaya gedən Noa Okafor tibbi müayinədən keçə bilməyib.
Oxu.Az xəbər verir ki, bu barədə idman jurnalisti Fabrizio Romano şəxsi “Instagram” sosial şəbəkə hesabında məlumat yayıb.
Xəbərdə Bundesliqa təmsilçisinin bu səbəbdən transferdən imtina etdiyi bildirilib.
Qeyd edək ki, “Milan”a məxsus olan futbolçu qısa zamanda İtaliyaya qayıdacaq. Okafor bu mövsüm 16 oyunda bir qol vurub.