Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu: Müdafiə Nazirliyindən açıqlama

Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, əsirlər 25-25 formulu əsasında dəyişdirilib.

Nazirlik bildirib ki, əsirlikdən qaytarılan rus hərbçilər hazırda Belarus ərazisindədirlər, müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaqlar.

Həmçinin qeyd edilib ki, Rusiya hərbçilərinin əsirlikdən qaytarılması zamanı Birləşmiş Ərəb Əmirlikləri vasitəçilik səyləri göstərib.

Ukrayna Prezidenti Volodimir Zelenski də məhbusların mübadiləsini təsdiqləyib və öz “Telegram” kanalında paylaşım edib.

Onun sözlərinə görə, qaytarılan əsirlər arasında “Azovstal” və Mariupolu müdafiə edənlər də hərbçilər də var.

“Bu gün daha 25 nəfər evinə, Ukraynaya qayıdır. Onlar arasında Mariupol və “Azovstal”ın, eləcə də bizim Xarkov, Donetsk, Zaporojye, Xerson vilayətlərinin müdafiəçiləri və mülki şəxslər də var. Onların ciddi xəsarətləri və xəstəlikləri var, hər birinə bütün lazımi tibbi yardım göstəriləcək.

Vətəndaşlarımızı axtaran və bu mühüm işi təşkil edən komandaya təşəkkürlər. Bugünkü tədbirin baş tutmasında göstərdiyi köməyə görə Birləşmiş Ərəb Əmirliklərinə təşəkkür edirik”, – deyə Zelenski paylaşımda bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More