Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki baş konsulu Nərminə Mustafayeva “X” hesabında paylaşım edib.
“Türkiyənin sənət dünyasının önəmli adlarından biri olan Engin Altan Düzyatan Bakıda keçirilən COP29-a qatılaraq ətraf mühitə həssaslığa diqqət çəkib. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin göndərdiyi “Təşəkkürnamə”ni sənətkara çatdırdıq və bu töhfənin nə qədər dəyərli olduğunu bir daha vurğuladıq”, – deyə o, paylaşımda qeyd edib.
Turkiye’nin sanat dünyasının önemli isimlerinden Engin Altan Düzyatan, Bakü’de #COP29 katılarak çevre duyarlılığına dikkat çekmişti. Cumhurbaşkanımız Sayın İlham Aliyev’in kendisine gönderdiği teşekkür mektubunu bugün sanatçıya ileterek, bu katkının ne kadar değerli olduğunu bir… pic.twitter.com/VXP3W3ZtUN
— Nermine Mustafayeva (@NermineMustafa2) January 14, 2025