Bakıda 13 yaşlı oğlan itkin düşdü

Bakıda 13 yaşlı oğlan itkin düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Bildirilib ki, Vüsal Zahid oğlu Əhmədov yanvarın 15-də günorta saatlarında Nəsimi rayonu, Hüseynqulu Sarabski – 44 ünvanından velosipedlə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində boz idman dəsti olub.

Məlumata görə, Vüsal autizm sindromludur.

Onu görənlərdən +994557466891 nömrəsi ilə əlaqə saxlamaları və ya yaxınlıqdakı polis bölməsinə məlumat vermələri xahiş olunur.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More