“Qəbələnin 2025-ci ilin idman paytaxtı seçilməsi mənim üçün çox xoş oldu”.
Bunu Oxu.Az-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin direktoru, idman səfiri İlqar Qurbanov deyib.
“Uzun illər “Qəbələ” futbol klubunda çıxış etdiyim və burada yaşadığım üçün bu şəhərin idman paytaxtı seçilməsi mənim üçün xoş oldu. Yeganə çempionluğumu burada yaşamışam. Məhz bu səbəbdən Qəbələ mənim üçün daim doğma olaraq qalacaq. Daha öncə Quba şəhərində bəzi master-klaslar göstərmişdik. İndi isə növbə Qəbələdədir. Burada idmanın inkişafı və kütləviləşdirilməsi üçün nə lazımdırsa, etməyə çalışacağıq”.
Anar Həsənov