“Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz hesab edir”.
Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiyalı diplomat vurğulayıb ki, Rusiya televiziyasında Zəngəzur dəhlizi ilə bağlı jurnalistin açıqlamalarına Ermənistanın hədsiz emosional reaksiyası çaşqınlığa səbəb olur.
“Biz hər zaman İrəvandan Ermənistanın söz azadlığına sadiq olduğunu eşitdik, üstəlik də hazırkı Ermənistan rəhbərliyi bunu özünün imperativi edib. Bizim rəsmi mövqeyimiz rəsmi İrəvana yaxşı məlumdur. Bu mövqeyin məğzini biz dəfələrlə bəyan etmişik”, – deyə M.Zaxarova qeyd edib.