Hindistanın Maharaştra ştatında pələng yerli sakini öldürüb. Heyvan Ballarpur meşəsi ərazisində kişiyə hücum edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Devdiscourse” nəşri məlumat verib.
Qeyd olunur ki, 57 yaşlı Lalsinqh Maravi adlı kişi ərazini bambukdan təmizləyirmiş. Yırtıcı kolluqdan onu güdüb və üzərinə hücum edib. Hadisə ilə bağlı dərhal meşə təsərrüfatı idarəsinə məlumat verilib.
Bundan sonra pələng yuxu dərmanı ilə yatırılıb və həkim tərəfindən müayinə olunub. Heyvan hazırda tranzit mərkəzdədir.
Səlahiyyətlilər ölənin yaxınlarına təzminat vəd edib, lakin məbləğ açıqlanmayıb.