“Anası qeysəriyyə əməliyyatından imtina edib” – Altı kiloqram çəkidə doğulan uşaqla bağlı AÇIQLAMA

“Bakıda 6 kiloqram çəkidə doğulan körpə sabah evə buraxılacaq”.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, körpənin vəziyyəti hazırda normaldır və təbii şəkildə ana südü ilə qidalana bilir:

“Bu ananın artıq üçüncü hamiləliyidir. Bundan əvvəl dünyaya gətirdiyi körpəsi də 4 kiloqram 600 qramla təbii doğuşla dünyaya gəlib. Hamiləliyin əvvəlindən qadın 1 saylı qadın məsləhətxanasında qeydiyyatda olub, doğuşa az qalmış bizə müraciət edib”.

Doğumdan əvvəl anaya təkidlə qeysəriyyə əməliyyatını məsləhət gördüklərini deyən S.Mehdiyeva qeyd edib ki, o, bundan imtina edib:

“Ananın özünün də boyu uca, çəkisi çoxdur. Buna baxmayaraq, doğuşdan əvvəlki müayinələrdə şəkər xəstəliyi aşkarlanmadı. Yəni, uşağın çəkisi hansısa xəstəlikdən yox, tamamilə təbii şəkildə belə çoxdur”.

Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində altı kiloqram çəkidə körpə dünyaya gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə Klinik Tibbi Mərkəz məlumat yayıb.

Qeyd olunub ki, 10.01.2025-ci il saat 20:30-da KTM-in Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qadın cinsli uşaq dünyaya gəlib. Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə ağırçəkili uşaq hesab olunur.

Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub.

Hazırda körpənin və ananın vəziyyəti stabil qiymətləndirilir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More