“Qarabağ” Juninyoya görə yarım milyonundan oldu

Olavio Juninyonu “Flamenqo”ya satan “Qarabağ” Portuqaliyanın “Çaves” klubuna yarım milyon avro ödəməli olacaq.

Oxu.Az xəbər verir ki, buna səbəb ağdamlıların 2023-cü ildə Juninyonu transfer edərkən Portuqaliya klubu ilə müqaviləyə futbolçunun gələcəkdə başqa kluba satışından əldə olunan məbləğin 10%-ni almaq bəndini daxil etməsidir.

Belə ki, vaxtilə bu transferdən təxminən 500 min avro qazanan “Çaves” indi daha yarım milyon qazanacaq.

Qeyd edək ki, “Flamenqo” 28 yaşlı forvard üçün “Qarabağ”a 5 milyon avro ödəyib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More