“Mançester Yunayted”in gənc ulduzu Kriştianu Ronaldunun klubdakı nəticəsini təkrarlayıb

Amad Diallo “Sauthempton”la oyunda üç qol vuraraq “qırmızı şeytanlar”a təkbaşına qələbə qazandırıb.

Oxu.Az “Goal”a istinadən xəbər verir ki, onun üçün bu het-trik karyerasında ilk olub.

Matç vaxtı cinah yarımmüdafiəçisi 22 yaş 189 günlük olub. Yalnız Ueyn Runi (21 yaş 4 gün) “Mançester Yunayted” üçün Premyer Liqada Diallodan daha tez het-trik edib.

Diallo 2022-ci ildən bəri, Kriştianu Ronaldudan sonra Mançester klubunda het-trikə imza atmağı bacaran ilk futbolçu olub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More