Hakan Fidan Azərbaycana səfər edəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan yanvarın 18-də Azərbaycana səfər edəcək.

Bu barədə Oxu.Az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, Hakan Fidanın Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov ilə görüşü planlaşdırılır.

Görüşlər zamanı ikitərəfli siyasi, hərbi, iqtisadi, ticarət, nəqliyyat və enerji məsələləri müzakirə mövzusu olacaq.

Hakan Fidanın, həmçinin həmkarı Ceyhun Bayramov ilə Azərbaycan-Ermənistan sülh prosesi başda olmaqla, Suriya, Qəzza və Ukraynadakı vəziyyət, o cümlədən yaxın regionda baş verən hadisələr və qlobal problemlər ətrafında da fikir mübadiləsi aparacaqları gözlənilir.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More