Peskov Trampın dövründə Rusiyaya qarşı sanksiya siyasəti barədə: “Nikbinliyə qapılmaq lazım deyil”

“Donald Trampın prezidentliyi dövründə ABŞ-nin Rusiyaya qarşı sanksiya siyasətində əsaslı dəyişikliklər ola bilməz, nikbinliyə qapılmaq lazım deyil”.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində deyib.

O, Tramp tərəfindən ABŞ-nin maliyyə naziri vəzifəsinə namizədliyi irəli sürülən, Rusiya və onun neft sektoruna qarşı sanksiyaların sərtləşdirilməsi mövqeyindən çıxış edən Skott Bessentin bəyanatını şərh edib.

“Heç kimə sirr deyil ki, ABŞ Administrasiyası, dialoq üçün müəyyən siyasi iradə bəyan etməsinə baxmayaraq, öz xarakterində əhəmiyyətli dəyişikliklər etməyəcək. Burada nikbinliyə qapılmağa ehtiyac yoxdur. Hər hansı əsaslı dəyişikliyin olması mümkün deyil”, – deyə Peskov bildirib.

Bessentin sanksiyayönlü bəyanatından danışarkən Kremlin nümayəndəsi qeyd edib ki, onun bir nazir kimi öz prezidentinin qərarını dəstəkləməməsi qəribə olardı.

“Bu, sadəcə, ola bilməz. Yəni ona dəstək olmadığı halda, o, sadəcə olaraq, istefa verərdi”, – deyə Dmitri Peskov qeyd edib.

Xatırladaq ki, daha əvvəl ABŞ-nin maliyyə naziri vəzifəsinə namizəd Bessent neft sektorunda Rusiyaya qarşı sanksiyaların Rusiyanı Ukrayna üzrə sülh danışıqlarında masa arxasına oturmağa məcbur edəcək dərəcədə sərtləşdirməyin tərəfdarı olduğunu bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More