Tramp inaqurasiya mərasimi üçün tarixi ənənəni pozdu

ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp ənənəyə qarşı çıxaraq andiçmə mərasiminə xarici liderləri dəvət etməyə qərar verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.

Bildirilir ki, Çin lideri Si Cinpin tədbirə dəvət alıb. Lakin Çinin Xarici İşlər Nazirliyi ÇXR sədrinin əvəzinə andiçmə mərasiminə onun müavini Han Cenin gedəcəyini bəyan edib. Çin tərəfinin qərarını şərh edən agentlik qeyd edir ki, əvvəllər heç bir dövlət başçısı andiçmə münasibətilə ABŞ-yə rəsmi səfər etməyib, yalnız xarici diplomatlar iştirak ediblər.

Bu arada, digər dövlətlərin liderləri də dəvətnamə alıblar. Bunların arasında Argentina Prezidenti Xavyer Miley və İtaliyanın Baş naziri Corcia Meloni də var. Dəvət olunanlardan Ekvador Prezidenti Daniel Noboa və Paraqvay Prezidenti Santyaqo Penya artıq mərasimdə iştirak edəcəklərini təsdiqləyiblər. Bundan əlavə, ilk dəfə olaraq ABŞ prezidentinin andiçmə mərasimində Yaponiyanın XİN rəhbəri olacaq.

Trampın mətbuat katibi Karolin Levitt “Fox News” telekanalına müsahibəsində bildirib ki, xarici liderləri dəvət etməklə Tramp təkcə müttəfiqlərlə deyil, rəqiblərlə də açıq dialoq apardığını göstərmək istəyib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More